» » 103 küçədə adları yazılan lövhə nə qədərdir?.


103 küçədə adları yazılan lövhə nə qədərdir?.

Biləsuvar şəhərində küçələrin adlarını  göstərən lövhələrin  çox az sayda olması və evlərin nömrələnməməsi sakinlərdə, xüsusilə qonaqların mənzil başına çatmasında narahatçılığa səbəb olur.
 
“Bilesuvarinfo” xəbər verir ki, uzun illərdən bəri davam edən bu çatışmazlıq vaxtaşırı müzakirə olunsa da, problem həllini tapmayıb. Belə ki, küçələrin tanıtım löhvələri olmadığından sakinlər şəhərin  əksər  küçələrinin   adından məlumatsızdır. Adətən ünvan təqdimatında, el arasında “Turdavoy”,  “Kalxosturoy ”, “Rts”, “Kimya birliyi”, “ Təyyarə meydanı ” və bu kimi  kimi ünvanlar göstərilir.

Biləsuvar şəhərində yeni yaşayış massivləri salınaraq inkişaf edib. Hazırda şəhər ərazisində sayı 103 - ə çatan küçə var. Ancaq, küçələrə adlar verilərkən tanıtım löhvələri vurulmadığından, bəzi sakinlər yaşadıqları küçənin belə adını dəqiq deyə bilmir. Bu günlərdə şahidi olduğumuz bir fakta nəzər salaq: Yolu təmir edilən yeni yaşayış massivində yük avtomobilinin sürücüsü rastlaşdığı sakinlərdən  küçələrinin adını soruşur, onlar yaşadıqları küçənin adını deməkdə çətinlik çəkir.. .

Sözügedən məsələ ilə bağlı Biləsuvar Bələdiyyəsindən münasibət öyrəndik. Bələdiyyədən bildirildi ki, bu məsələ Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin aidiyyati qurumu tərəfindən tənzimlənir. Bununla belə, bələdiyyə tərəfindən  2010 - cu ildə 50  - dən artıq küçənin adına lövhələr hazırlanaraq həmin küçələrə vurulub. Ötən müddətdən bəri lövhələrin təzələnməsinə və  yeni salınan küçələrin adlarının da yazılmsına ehtiyac yaranıb. Çalışırıq ki,  bu iş tezliklə həllini tapsın.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan