» » Biləsuvarda iki mərtəbəli evdə yanğın olub


Biləsuvarda iki mərtəbəli evdə yanğın olub

Biləsuvar rayonunda evdə yanğın baş verib. 

"Bilesuvarinfo" FHN-nin saytına istinadən xəbər verir ki, hadisə rayonun  Zəhmətabad kəndində,  1972-ci il təvəllüdlü Fərrux Kərimova məxsus iki mərtəbəli evdə qeydə alınıb. 


Belə ki,  ümumi sahəsi 256 kvadratmetr olan ikimərtəbəli evin birinci mərtəbəsinin yanar konstruksiyaları  68 kvadratmetr sahədə, ikinci mərtəbəsinin yanar konstruksiyaları 98 kvadratmetr sahədə və çardağı 80 kvadratmetr sahədə yanıb. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunaraq yanğın söndürülüb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan