» » Gənclərin yaradıcılıq festivalı bu dəfə Salyanda keçirilib


Gənclərin yaradıcılıq festivalı bu dəfə Salyanda keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gənclərin yaradıcılıq festivalı  keçirilir.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən “44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalının növbəti tədbiri Salyan rayonunda olub..
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Sevinc Səmədova, Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov, rayon təhsil şöbəsinin əməkdaşı Yeganə Ağayeva, GİKM-in Salyan rayon nümayəndəliyinin direktoru Günel Salayeva, Salyan şəhər 2 saylı tam orta məktəbin direktoru Aynur Əsgərova və layihənin təmsilçiləri rəhbəri iştirak ediblər.

İlk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnur Hüseynli Azərbaycan oğullarının Vətən müharibəsində göstərdiyi  böyük şücaətdən söz açıb: " Xüsusi təyinatlılarımızın, qəhrəman döyüşçülərimizin gücünə tab gətirməyən düşmən silah-sursat və hərbi texnikalarını, illərlə möhkəmləndirdiyi mövqelərini, hətta yaralı, həlak olan döyüşçülərini geridə buraxaraq qaçmağa məcbur oldular. Cəsur döyüşçülərimizin Şuşanın sıldırım qayalıqlarından qalxaraq düşmənə verdikləri tarixi dərs çətin ki, onların yadından çıxsın.

E.Hüseynli  layihə barədə ətraflı məlumat verərək qeyd edib ki, layihənin keçirilməsində əsas məqsəd şanlı Zəfər tariximizi– 44 günlük Vətən müharibəsini gənclər arasında təbliğ etmək, vətənpərvərlik hisslərinin gücləndirilməsi və istedadlı gənclərin üzə çıxarılmasındır. 

Tədbirdə çıxış edən rəsmi qonaqlar yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, yaradıcı eyni zamanda istedadlı gənclərin üzə çıxarılması baxımından layihənin əhəmiyyətli olduğunu vurğulamış, təşkilatın fəaliyyətinə və müsabiqə iştirakçılarına uğurlar arzulayıblar. 

Layihə təlimçisi Arif Ağazadə ətraflı çıxış edərək iştirakçıları layihənin istiqamətləri və müsabiqələrin şərtləri ilə bağlı məlumatlandırmışdır. 

Daha sonra müsabiqələrə start verilmişdir. Üç istiqamət üzrə (esse, şeir, təsviri sənət) keçirilən yaradıcılıq müsabiqlərində fəal iştirak edən gənclər sertifikatlarla təltif olunmuşlar. 

Sonda ekspert Əlifli Əliheydər və münsiflər tərəfindən layihənin qiymətləndirilməsi aparılmışdır.

Qeyd edək ki, münsiflərin qərarına əsasən ən yaxşı nəticə göstərən gənclər aprel ayında Biləsuvar rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan