» » Yol qəzası olub, xəsarət alan var


Yol qəzası olub, xəsarət alan var

Biləsuvar rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Bilesuvarinfo" xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsindəki dairədə qeydə alınıb. 

Belə ki, hadisə zamanı "BMW" markalı minik avtomobili ilə "VAZ 2109" markalı minik avtomobili toqquşub. 

Hadisə nəticəsində "VAZ 2109" markalı minik avtomobilinin sürücüsü, rayonun Ağayrı kənd sakini, Fəqan Həsənov xəsarət alıb. 

Yaralı sürücü xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR