» » Yeni yaşın, ad günün mübarək Səbinə xanım !


Yeni yaşın, ad günün mübarək Səbinə xanım !

Bu gün əzizimiz Səbinə Hüseynzadənin anadan olduğu gündür. Biz ona əziz gündə həyatın ən şirin neməti - can sağlığı arzu edirik. 

Səbinə Hüseynzadə Biləsuvarımızın fəal, işgüzar xanımlarındandır. Fəaliyyətində həmişə qəlbində gəzdirdiyi həyat eşqi, yaratmaq həvəsi ilə çalışıb.

O, ali təhsil alıb, əmək fəaliyyətinə doğma rayonunda başlayıb. Biləsuvar mərkəzi Kitabxanasında direktor müavini çalışıb. İşində olan fəallığı, yeni yaradılan Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsində Baş Mütəxəssiz vəzifəsinə irəli çəkilib. Sonra Biləsuvar Rayon İcra Hakimiyyətində Baş məsləhətçi kimi çalışıb.

Səbinə xanım Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyində çalışdığı müddətdə fəallığı ilə seçilib. Hazırda Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışır.

Səbinə xanım, layiqli vətəndaş, nəcib ziyalı kimi bütün sevgilərə layiqdir. İnşallah, sabah bu günündən daha yaxşı olsun, yeni ömür səhifən xoş xatirələrlə dolu olsun, bütün xəyalların gerçək olsun. Hər yeni gün, əvvəlkindən daha gözəl, istəklərinə uyğun və səni xoşbəxt edəcək şəkildə olsun!.

Səbinə xanım, illər ömürdən getsə də hər zaman gənc və gözəl qal. Ad günün mübarək!.

Hörmətlə: Cavadova Gülsara, Əkbərova Gözəl, Məlikova Fidan.
Xırmandalı kəndi.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan