» » “44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı davam edir


“44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı davam edir

Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən  “44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalının növbəti tədbiri keçirilib.
"Bilesuvarinfo" xəbər verir ki,Cəlilabad rayonunda keçirilən növbəti tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Rayon Təhsil Şöbəsinin metodisti İlham Əhmədov, GİKM-in Cəlilabad rayon nümayəndəliyinin direktoru Səyyarə Aslanova, Cəilabad şəhər 9 saylı tam orta məktəbin direktoru Abdul Rzayev və şair, nasir, publisist Meyxoş Abdullah iştirak edib.

Tədbirdə ilk öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnur Hüseynli bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala cəmi 44 gün ərzində son qoymaqla, düşməni əzəli torpaqlarımızdan qovub, ərazi bütövlüyümüzü bərpa etdi. Bütün dünya bir daha Azərbaycan xalqının əzmininin, qəhrəmanlığının və tarixi ədalətin şahidi oldu. Qələbəmizdə şəhidlərimizin, qazilərimizin müstəsna xidmətləri olmuşdur. E.Hüseynli həmçinin layihə barədə ətraflı məlumat verib və qeyd edib ki, layihənin keçirilməsində əsas məqsəd şanlı Zəfər tariximizi– Vətən müharibəsini gənclər arasında təbliğ etmək, vətənpərvərlik hisslərinin gücləndirilməsi və istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir. 

Tədbirdə çıxış edən qonaqlar yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi və yaradıcı və istedadlı gənclərin üzə çıxarılması baxımından layihənin əhəmiyyətli olduğunu vurğulamış, təşkilatın fəaliyyətinə və müsabiqə iştirakçılarına uğurlar arzulayıblar. 

Layihə təlimçisi Arif Ağazadə ətraflı çıxışında iştirakçıları layihənin istiqamətləri və müsabiqələrin şərtlər ilə  bağlı məlumatlandırmışdır. Daha sonra müsabiqələrə start verilmişdir. Üç istiqamət üzrə  (esse, şeir, təsviri sənət)  keçirilən yaradıcılıq müsabiqlərində fəal iştirak edən gənclər sertifaktarla təltif olunub.

Qeyd edək ki, gənclərlərin sözügedən yaradıcəlıq festivalı  Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan