» » Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaqdır


Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaqdır

Biləsuvarda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər  ziyarət olundu.

“Bilesuvarinfo” xəbər verir ki, Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhid ailələrinin və qazilərin ziyarəti Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Əsgərə Xatirə” layihəsi komandasının dəstəyi ilə olub.
Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “Əsgərə Xatirə” layihəsinin rəhbəri Nuranə xanım Şıxəliyeva, “Əsgərə Xatirə” layihəsinin fəxri üzvü, xeyriyyəçi-sahibkar  Əliş Hüseynov, tanınmış din xadimi Hacı Surxay Məmmədli və şəhid valideynləri iştirak edib.

 Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bu nəcib aksiyaya  dəstəyə görə qonaqlara təşəkkür etmiş,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi böyük şücaətdən söz açıb: “Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları, keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün daima örnək olacaqdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin  borcudur. Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaqdır.”

 Tədbir zamanı şəhidlərin xatirələri yad edilmiş, Azərbaycanın haqq işi uğrunda cəsurluq və mərdlik nümunəsi göstərdikləri diqqətə çatdırılmış, onların həyat yolunun bundan sonrakı nəsillərə örnək olduğu vurğulanmışdır. Şəhid valideynləri övladlarının qəhrəmanlığından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini, dövlət səviyyəsində şəhid ailələrinə göstərilən qayğıdan razılıqlarını bildirmişlər.

Layihə çərçivəsində qonaqlar Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərimizə bayram  sovqatları çatdırıblar.
mənbə : http://www.bilesuvar-ih.gov.az/news/1140.html
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan