» » “44 günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalının açılışı olub


“44 günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalının açılışı olub

Biləsuvar rayonunda “44 günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalının açılışı və ilk tədbiri keçirilib.

“Bilesuvarinfo”xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən keçirilən festival şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elnur Hüseynli Azərbaycan tarixinin şərəfli səhifələrindən, Vətən müharibəsində xalqımızın qazandığı Zəfərin əhəmiyyətindən və ölkəmizin gələcəyi olan gənclərimizin vətənpərvər ruhda böyüməsinin zəruriliyindən danışıb: “Layihənin keçirilməsində əsas məqsəd şanlı Zəfər tariximizi təbliğ etmək, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi və istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir.” 

Tədbirdə Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, GİKM-in Biləsuvar nümayəndəliyinin direktoru Təhminə Əliyeva, Təhsil Şöbəsinin əməkdaşı Nərmin Xaqan, layihənin ekperti Əliheydər Əlifli çıxış edərək layihənin işinə uğurlar arzulayıb, layihənin gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna rol oynadığını vurğulayıblar.

Vətən Müharibəsi qazisi Xanışlı Səttarxan, Gözəlbəyli İman çıxış edərək gənc nəslin vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədilə təşkil olunan tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib və bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb. Layihə təlimçisi Arif Ağazadə Zəfər tarixi ilə bağlı ətraflı çıxış edərək 44 gün ərzində Şanlı ordumuzun qazandığı tarixi qələbədən və bu qələbəni şərtləndirən əsas amillərdən danışıb. 

Sonda müsabiqəyə start verilib. Üç istiqamət üzrə (esse, şeir, təsviri sənət) keçirilən yaradıcılıq müsabiqəsində 75 gənc iştirak edib. Tədbirdə fəal iştirak edən gənclər sertifikatla təltif olunublar. 

Qeyd edək ki, münsiflərin qərarına əsasən ən yaxşı nəticə göstərən gənclər aprel ayında keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR