» » Nəsimikənddə ağır qəza - 43 yaşlı motosikletçi öldü


Nəsimikənddə ağır qəza - 43 yaşlı motosikletçi öldü

Biləsuvar rayonunda ağır yol-nəqliyyatı  hadisəsi baş verib.

“Bilesuvarinfo” xəbər verir ki, qəza Biləsuvar - Bəhrəmtəpə magistralının Nəsimikənd kəndindən keçən hissəsində, “Xəzər” şadlıq evinin qarşında olub.

Belə ki, həmin kənd sakini 1990 – cı il təvəllüdlü Ağayev Taleh Balağa oğlu “Lada Priora” markalı minik avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, Şükürov  Yavər İsabala oğlu  idarə etdiyi motosikletlə  qəfildən qarşısına çıxıb.
İdarəetmədən çıxan minik avtomobili motosikleti vurub, daha sonra qarşıdan gələn “Kamaz” markalı yük  avtomobili ilə toqquşub. 

Qəza nəticəsində ağır bədən xəsarətləri alan 43 yaşlı motosikletçi hadisə yerində ölüb. Yüngül bədən xəsarətləri alan minik avtomobilinin sürücüsü xəstəxanaya çatdırılıb.

Faktla bağlı Biləsuvar DYP - də araşdırma aparılır.   
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan