» » Biləsuvarda ağacəkmə aksiyasında daha 250 ağac əkildi


Biləsuvarda ağacəkmə aksiyasında daha 250 ağac əkildi

 Biləsuvar rayonunda ağacəkmə aksiyası mütəmadi davam etdirilir.

“Bilesuvarinfo” xəbər verir ki, bu gün Biləsuvar rayonunda "Yaşıl Biləsuvar" layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirildi.

Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gənclər və İdman İdarəsinin kollektivi, Kommunal Müəssisələr Kombinatının kollektivi iştirak  edib.

Aksiya çərçivəsində rayonun Mərkəzi Parkında və rayon Mərkəzi Xəstəxanasının həyətyanı ərazisində 200 ədəd palıd ağacı, 50 ədəd göyrüş ağacı olmaqla 250 ədəd ağaç əkildi.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan