» » Fəhlə hündürlükdən yıxılıb öldü


Fəhlə hündürlükdən yıxılıb öldü

Tikintidə işləyən fəhlə hündürlükdən yıxılaraq ölüb.

"Bilesuvarinfo" xəbər verir ki, bu haqda Suraxanı rayon prokurorluğundan "Qafqazinfo"ya bildirilib.

Belə ki, fevralın 27-də rayon ərazisində Biləsuvar sakini Tərlan Əlizadənin hündürlükdən yıxılaraq xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, “North East Construction” MMC-nin Qaraçuxur qəsəbəsində inşa etdiyi hündürmərtəbəli binanın tikintisində fəhlə işləyən Tərlan Əlizadə iş vaxtı hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan