» » Üç kəndin elektirik təsərrüfatı yenilənir


Üç kəndin elektirik təsərrüfatı yenilənir

Prezident İlham Əliyevin göstərişinə əsasən, Biləsuvarda elektrik enerjisi təsərrüfatının köklü şəkildə yenilənməsinə başlanılıb. 

“Bilesuvarinfo” xəbər verir ki, bu haqda xəbəri Milli Məclisin deputatı öz fecbook səhifəsində paylaşıb: “Hazırda rayonun 3 kəndi - Əmənkənd, Təzəkənd və Dərvişlidə işlər başlanıb və “Azərişıq”dan verilən məlumata görə yay fəslinə qədər hər 3 yaşayış məskənində bu proses başa çatacaq.” 
B. Məhərrəmov rayona səfəri çərçivəsində Biləsuvar Elektirik Şəbəkəsinin rəisi Rəfail Məmmədovla birgə ərazini gəzərək görülən işlərlə yerində tanış olduğunu vurğulayıb. Qeyd edib ki, əvvəlki səfərlərimizdə dəfələrlə bu kəndləri gəzmişdim və həqiqətən, çürümüş dayaqlar, köhnə naqillər sözün əsl mənasında təhlükə mənbəyi olduğu üçün davamlı olaraq çoxsaylı müraciətlər alırdıq: “Böyük qayıdış və işğaldan azad olunmuş ərazilərimizdə quruculuq prosesinin vüsət aldığı, büdcəmizin yükləndiyi indiki məqamda, siyasi iradə və humanist yanaşma nümayiş etdirərək həmişə olduğu kimi bu dəfə də vətəndaşın səsinə səs verdiyi üçün cənab İlham Əliyevə, habelə, hər zaman müraciətlərə həssas münasibətinə görə Mehriban xanıma özümün və kənd sakinləri adından təşəkkür edir, vətəndaşlara gözaydınlığı verir, “Azərişığ”a isə işiniz avand olsun -  deyirəm.”
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan