» » » Vətənsevərliklərinin daha bir nümunəsi


Vətənsevərliklərinin daha bir nümunəsi

23 il öncə tanış olublar: Naxçıvanlı,  balakənli, bərdəli, geranboylu, yardımlılı, zengilanlı, biləsuvarlı – onları birləşdirən, bir - birlərinə yaxın edən keşiyində durduqları Vətən  torpağı olub. Elə məhz, bu zaman şəhadətə yüksələn silahdaşlarını  unutmamaları, onlarını ziyarətlərinə getməsini də  Vətənsevərliklərinin daha bir nümunəsi 
hesab etmək olar.
“Bilesuvarinfo” xəbər verir ki, bu gün şəhid Murtuzov Xalid Zöhrab oğlunun şəhadətinin ildönümüdür. Şəhidimizin anım günündə, onunla bir səngərdə vətən keşiyində duran silahdaşları onun doğulub boya-başa çatdığı ata ocağında valideyinlərini ziyarət etmişlər. Biləsuvar şəhər   qəbiristanlığında olaraq, qəhrəman döyüş yoldaşlarının məzarını ziyarət etmişlər.
Qeyd edək ki, Xalid Murtuzov 1999 – cu ilin fevralında şəhadətə qovuşanda 22 yaşı olub. Onun məğrur qorxmaz oğul olmasından xidmət etdiyi hərbi hissənin bölük komandiri olmuş Qeys Əliyev danışarkən deyir: “Xalidin xidməti təminat bölüyündə idi. Bir  gün mənə yaxınlaşıb, yoldaşlarım harda xidmət edirlərsə, orda olmasını istəyir və o, istəyi ilə xidmətini birbaşa səngərə dəyişir.“
Xalidin vətənpər oğul olması hər kəsə nümunə idi. Düşmənlə üzə - üzə xidmətindən qürur duyurdu. O, əsgər yoldaşlarını öz doğma qardaşı bilirdi, düşmən gülləsinə tuş gələrkən ilk və son deyəcəyi söz də bu oldu: “Vətəni gözləyin, özünüzü qoruyun!”- deyə baş çavuş olmuş  Rəşad Qurbanov vurğulayıb.
 Artıq geridə qalan, 20 ildən artıq zaman kəsiyində Xalid Murtuzov şəxsiyyəti, qəhrəmanlığı istər əsgər yoldaşları, istərsə də komandirləri tərəfindən unudulmamışdır. Onun silahdaşlarının bir qismi bu illərdə Xalidin valideyinləri görüşməyi, məzarını ziyarəti özlərinə mənəvi borc bilirdilər – Bunları deyən Səhrab Hüseynov ( əsgər yoldaşı) səngər yoldaşları bir araya yığarkən, hər kəs bu günü böyük səbisizliklə gözləyirdi:  “Burada olmaq istəyən daha çox  insan olsa da, üzürlü səbəbdən gələ bilməyənlər var. Xalidin məzarı başına gəlməklə özümüzə mənən rahatlıq tapırıq. Onun valideyinləri qarşısında baş əyirik ki, belə bir vətən sevdalı oğul böyütmüşlər.”

Şəhid Xalid Murtuzovun silahdaşları onu da qeyd etdilər ki, bu gün şəhidlərimizin məzarlarını ziyarət edərkən çox böyük qürur və fəxarət hissi keçiririk ki, onların ruhu şaddır, qanı yerdə qalmadı. Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz tərəfindən bir vaxtlar işğal altında  olan torpaqlarda at oynadan düşmən birdəfəlik qovulub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan