» » Gənclərin yaradıcılıq festivalı olacaq


Gənclərin yaradıcılıq festivalı olacaq

Əziz gənclər, “44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı layihəsi başlayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən Biləsuvar, Salyan və Cəlilabad rayonlarında “44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı layihəsinə start verilmişdir.

Layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsini– Zəfər tariximizi təbliğ etmək, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, tariximizin öyrədilməsi və regionlarda yaşayan istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir.

Layihə 3 ay olmaqla, 01 fevral – 30 aprel 2022-ci il tarixlərini əhatə edir. 

Layihə çərçivəsində qeyd olunan rayonlarda yaşayan yeniyetmə və gənclər arasında Zəfər tariximizlə bağlı 3 istiqamətdə (təsviri sənət, şeir və esse) yaradıcılıq müsabiqələri keçiriləcəkdir. Müsabiqlər əvvəlcədən təyin olunmuş məkanlarda keçiriləcəkdir. Hər istiqamət üzrə keçiriləcək müsabiqələrdə qalib gələn iştirakçılar Festivalın Biləsuvar rayonunda keçiriləcək Final mərhələsində iştirak şansı qazanacaqdır.

Müsabiqələrdə iştirak edənlərə sertifikatlar, Final mərhələsinin qaliblərinə isə sertifikat və hədiyyələr veriləcəkdir. 

Məlumat üçün bildiririk ki, iştirak etmək istəyənlər aşağıdakı linkdə qeydiyyat formasını tam şəkildə doldurub müsabiqələrə qoşula bilərlər.

Qeydiyyat linki:  
https://docs.google.com/.../1FAIpQLSe4thbTdRPwwW.../viewform

Son qeydiyyat tarixi 28 fevral 2022-ci il, saat 18:00-dək.

Əlavə edirik ki, Biləsuvar rayonunda keçiriləcək final mərhələsi üçün iştirakçıların 1 günlük nəqliyyat, çay-kofe və yemək xərcləri qarşılanacaqdır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan