» » Biləsuvara xüsusi ekspedisiya təşkil olunacaq


Biləsuvara xüsusi ekspedisiya təşkil olunacaq


Biləsuvar rayonuna xüsusi ekspedisiya təşkil olunacaq. 

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutuna Biləsuvar rayonunda maddi-mədəni irsin qorunması, araşdırılması zərurət hesab edilən kurqanlar, təpələr, eləcə də tarixi Şəhriyar qalasında yeni arxeoloji qazıntıların aparılması məqsədi ilə müraciət ünvanlayıb. Həmin müraciətə əsasən  A.A.Bakıxanov adına Tarix İnstitutunun Orta Əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru Tofiq  Nəcəfli,  AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, baş elmi işçi Güllü Yoloğlu, Azərbaycanın Arxeoloji abidələrinin toplusu sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev Biləsuvar rayonuna səfər edib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov nümayəndə heyəti ilə görüşüb. Görüş çərçivəsində nümayəndə heyətinin üzvləri dəvətə və belə nəcib təşəbbüsə görə Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirmiş, bu tarixi abidələrdə arxeoloji qazıntıların aparılmasının vacibliyini və gələcək üçün perspektiv imkanlarından danışıblar.  

Nümayəndə heyəti Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regioansl İdarəsinin əməkdaşı Seyfulla Abdullayevin iştirakı ilə ilk orta əsrlərə aid 37 hektar əraziyə malik Çöl Ağdam şəhərciyinə, Bolqar çayına, 42 hektar əraziyə malik orta əsrlər Şəhriyar qalasına, ərazisi 10 hektar olan orta əsrlərə aid Şəhriyartəpə yaşayış yerinə, orta əsrlərə aid Ağdam qalasına və“Yeddi təpə” kurqanına baxış keçirmiş,  daha sonra abidələrin qeydə alınmasında olan problemlər müzakirə edilmiş, dövlət qeydiyyatına götürüləcək arxeoloji abidələr haqqında rəylər hazırlanmış, rayonda yeni müəyyən edilmiş arxeoloji abidələrin dövlət qeydiyyatına alınması üçün fikir mübadiləsi aparılıb.  

Alimlər rayon ərazisində olan tarixi maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olduqdan sonra Biləsuvar rayonuna xüsusi ekspedisiyanın təşkil olunmasını, arxeoloji qazıntıların aparılmasını məqsədəuyğun hesab ediblər.

XƏBƏRLƏR ŞÖBƏSİ




Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR