
“Bilesuvarinfo” xəbər verir ki, Gənclər günü münasibətilə Biləsuvardan olan Fatih Həsənoğlu da təltif edilmişdir. Ona Fəxri Fərman Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev tərəfindən təqdim olunub.

Qeyd edək ki, Həsənoğlu Fatih Murtəza oğlu 2006 -cı ildə anadan olmuşdur. 2017- ci ildən kikboksinq idman növüylə məşğul olmağa başlayıb. Kikboksinq üzrə keçirilən bir çox yarışlarda iştirak edərək nailiyyətlər əldə etmişdir. Respublika turnirinin və beynəlxalq yarışların qalibi olmuşdur.
Hal-hazırda 267 saylı məktəb-liseyin 10 –cu sinfində təhsil alan Fatih dərslərində və məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir.