» » Kamil Qurbanlı YAP Biləsuvar rayon Təşkilatına sədr seçilib


Kamil Qurbanlı YAP Biləsuvar rayon Təşkilatına sədr seçilib

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Bilesuvarinfo” xəbər verir ki, iclasın müzakirəsinə “Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi” məsələsi çıxarılıb.

Müzakirələrdən sonra səsvermə keçirilib və partiyanın yerli təşkilatlarına sədrləri təyin olunub. Səsvermədə Kamil Məhəmməd oğlu Qurbanlı YAP Biləsuvar rayon Təşkilatına sədr seçilib.

Qeyd edək ki, 1978 ci ildə Biləsuvar rayonunda ziyalı ailəsində anadan  Kamil Qurbanlı gənc yaşlarından, Biləsuvar Rayon İcra Hakimiyyətində daşıdığı müxtəlif vəzifələrdə nümunəvi fəaliyyəti ilə seçilib. Savadı, təəssübkeş münasibətilə rayon içtimaiyyətinin rəğbətinə də nail olub. 

 O, Biləsuvar şəhər 1 saylı orta məktəbdə təhsil alıb.  Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq ixtisası üzrə bakalavr, 2001-ci ildə Dövlət İdarəçilik Akademiyasında  "Azərbaycanda siyasi proseslər" ixtisaslaşması üzrə Siyasi İdarəetmə fakultəsində Magistr təhsili alıb. 2007 - 2008-ci illər hərbi xidmətdə olub.

Orta təhsilini, bakalavr və magistr təhsilini fərqlənmə ilə bitirən K. Qurbanlı 2002 - 2022 - ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. I dərəcəli Dövlət Qulluqçusudur. 

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının 2008-2015-ci illərdə Gənclər Birliyinin sədri olub. Rayon təşkialatının İdarə heyətinin üzvü olub. Yeni Azərbaycan Partiyasının  Biləsuvar RİH-də ilk təşkilatının, həmçinin Dölət qulluqçuları Həmkarlar
təşkilatının sədridir.

Ehtiyatda olan zabit, baş leytenantdır.

Ailəlidir, 2 övladı var.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan