» » » Məktəbimizin qəhrəman yetirməsi


Məktəbimizin qəhrəman yetirməsi

Xalqımızın çoxəsrlik tarixi qəhrəmanlıq nümunələri ilə zəngindir. Vətənin igid oğulları heç bir zaman işğal faktı ilə barışmamış, işğalçılara boyun əyməmiş, torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim mübarizəsi aparmışlar. 

2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımıza xas olan bu xüsusiyyəti qabarıq şəkildə nümayiş etdirməklə tariximizə ən şanlı, parlaq səhifə kimi daxil oldu. Bu qüru və sevinci bizə yaşadan qəhrəmanların çoxu Qarabağ işğal olunanda belə heç doğulmamışdı, ya da körpə idilər.

Vətənə məhəbbət hissi olmayan adamda əxlaqi kamillikdən danışmaq olmaz. Bunun nə qədər yüksək hiss olduğunu görkəmli şairimiz S.Vurğun belə ifadə etmişdir: “Xalq eşqi, Vətən məhəbbəti insanın həyat nəfəsidir”. Məhz bu illərdə yetişməkdə olan gənc nəsilə vətənpərvərlik hisslərinin aşılanması müəllimlərin qarşısında duran ən vacib vəzifələrindən biri olmuşdur.

 Torpaqlarımızın işğaldan azadlığı uğurunda aparılan ölüm – dirim mübarizəsində məktəbimizin şagirlərinin iştirak etməsi, göstərdikləri şücayətlər biz müəllimlərin qürur və iftixar mənbəyi oldu. Onlardan Məmmədli Rüfət Yaşar oğlu müharibəyə könüllü qatılan cəngavərlərimizdəndir.


 Cəbhədə müxtəlif istiqamətlərdə uğurlu döyüş əməliyyatlarının iştirakçısı olan Rüfət 1997-ci ilin 15  fevralında Səmədabad kəndində anadan olub. Ə.Almasov adına Səmədabad kənd tam orta məktəbini bitirib. 2019-cu ildə Gürcüstan Dövlət Universitetinin beynəlxal münasibətlər fakültəsini bitirib. 2019-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olub.

Vətən müharibəsinə könüllü qatılan Rüfət noyabırın 2-də Xocavənd uğurunda gedən döyüşlərdə qolundan ağır yaralanıb. Cəsur, qorxmaz oğuldur, göstərdiyi igidliklərə görə “Cəsur döyüşcü”, “Xocavəndin alınmasına görə” medalları ilə təltif olunub.

O, Vətən torpağının azadlığında iştirakçı olmaqdan qürur duyduğunu – deyir və bu gün də dövlətinə  vətəndaşlıq borcunu layiqli şəkildə davam etdirir. Bu gün çalışdığı “Dost” mərkəzində qazilərlə və şəhid ailələri ilə işin səmərəli təşkilində fəallıq göstərir. 

Aydın Bəşirov, Səmədabad kənd 
tam orta məktəbin riyaziyyat müəllimi
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan