» » Biləsuvarla Binəqədinini birləşdirən qəhrəmanlıq tarixi


Biləsuvarla Binəqədinini birləşdirən qəhrəmanlıq tarixi

Hər il sakini olduğum, çalışdığım  Biləsuvar rayonunun  Şəhidlər xiyabanında 20 yanvar şəhidləri -Baba Xammədov və Əlimərdan Hüseynovu, həmçinin digər şəhidlərimizi ziyarət edirdim. Bu il, rayonda 20 yanvar şəhidlərinin anım tədbirinə qatıla bilməsəm də, Binəqədi rayonunda Biləsuvardan olan 20 yanvar şəhidi Baba Xammədovun oğlu Elşən ilə tanış olduq. 

“Bilesuvarinfo” xəbər verir ki, hazırda Bakı şəhəri, Binəqədi rayon Gənclər və İdman İdarəsində məsul vəzifədə çalışan gənclərdən olan Sahil Hüseynzadə fecbook sosial şəbəkəsində bu haqda danışarkən demişdir: 

Baba Xammədov Biləsuvarda doğulsa da, ailəsi ilə Binəqədi rayonunun Biləcəri qəsəbəsində məskunlaşmışdır. 19-dan 20-nə keçən gecəni Sovet ordusunun Biləcəridə insanların başına gətirdiyi qanlı hadisələr, gecə yarısı evlərinə yağan güllə yağışı ilə qarşılayır Xammədovlar ailəsi.

Qanl yanvarın 19-u Baba Xammədov boğazından güllə yarası alır və ailə gecəni xəstəxanada keçirsə də Babanı xilas etmək olmur. Elşən o günləri acı xatirələri, ata itkisi ilə yaşasa da, amma indi həmin qəhrəmanlıq tarixini hüznlə deyil, qürurla xatırlayır. Çünki biz azadlığımızı həmin gün, şəhidlərimizin qanı bahasına qazandıq.

Vətənimizin azadlığı uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan