
"Bilesuvarinfo" xəbər verir ki, FHN Biləsuvar Yanğından Mühafizə Bölməsinin əməkdaşları hadisə yerinə vaxtında yetişərək yanğının geniş əraziyə, xüsusilə kollektora bitişik olan qəbiristanlıq ərazisinə keçməsinə imkan verməyiblər.
Sakinlərin sözlərinə görə kollektorun uzun illər təmizlənilməməsi yanğının qısa müddətdə sürətlənməsinə şərait yaradıb.
Faktla bağlı araşdırma aparılır.

