» » Bağlı qalan “Bolqarçay”ın körpüsü istifadəyə veriləcək


Bağlı qalan “Bolqarçay”ın körpüsü istifadəyə veriləcək

Biləsuvar şəhərində 1958-ci ildən istismarda olan, Bolqarçay üzərində təmiri aparılan körpü yaxın günlərdə  istifadəyə veriləcək.  

“Bilesuvarinfo” xəbər verir ki, bu haqda mətbuata açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib:  “Körpünün tikintisinə ötən il noyabrın 15-də başlanılıb. Qısa müddət ərzində körpünün tikintisi reallaşıb və artıq yekunlaşmaq üzrədir. Körpünün tikintisində hər hansı gecikmə yoxdur ".

Onun sözlərinə görə, qış ayları olduğu üçün tökülən betonun quruması vaxt aparıb: "Körpünün uzunluğu 24, eni 12,5 metrdir. Biraşırımlı körpünün hər iki tərəfində insanların rahat hərəkəti üçün piyada səkilərinin qurulması da nəzərdə tutulub. Körpüdə işlər artıq yekunlaşmaq üzrədir. Beton tökülüb və tökülən betonun quruması gözlənilib. Bir həftə ərzində orada işlər tam yekunlaşacaq və körpü sakinlərin istifadəsinə veriləcək. Hazırda körpüdə  asfalt örtüyünün çəkilməsinə də başlanılıb".

Qeyd edək ki, Biləsuvar şəhərini ikiyə ayıran, 8 kəndi rayon mərkəzi ilə birləşdirən körpünün tikintisində 15 günə yaxın müddətdə  heç bir işin aparılmaması müəyyən söz-söhbətlərə yol açmışdır.

Sakinlər körpünün təmirə bağlanılması səbəbindən iki alternativ yoldan istifadə edir. Bu yollardan istifadə zamanı isə əlavə 5-6 kilometr yol qət etməsi həm əlavə xərclə, həm də vaxt itkisi ilə nəticələnir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR