» » Daha bir qaziyə vəzifə verildi


Daha bir qaziyə vəzifə verildi


“bilesuvarinfo.az” xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti aparatında “Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.
İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun sərəncamı ilə qazi Zamiq Adil oğlu Mənsimli bu şöbənin müdiri təyin edilib.
Qeyd edək ki, ehtiyatda olan baş leytenant Zamiq Mənsimli döyüşlərdə yaralanmış Vətən Müharibəsinin iştirakçılarındandır. O, Prezidentin  sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Surxay Şahbazov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan