» » » Biləsuvarlı şəhidlərə həsr olunan kitabın təqdimatı keçirilib


Biləsuvarlı şəhidlərə həsr olunan kitabın təqdimatı keçirilib

Torpaqlarımızın azadlığı uğrunda canından keçən  biləsuvarlı şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, təqdimat mərasimində rayon  rəhbərliyi,  şəhidlərimizin  ailə üzvləri və  müharibə iştirakçıları iştirak edib.

Görüşdə çıxış edən  Biləsuvar Rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov şəhidlərimizin xatirəsinin dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu kitab münaqişə başlandığı gündən qələbəyədək olan bir dövrdə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda canından keçən 200  biləsuvarlı qəhrəman şəhidə həsr olunub: "Kitabda hər bir şəhid haqqında ətraflı məlumat vardır.  Torpaq uğrunda canını fəda etmiş rayondan olan 200 şəhidimiz onilliklər sonra da biləsuvarlıların  daim fəxr mənbəyi olacaq."

Görüş zamanı şəhid ailələri Vətən müharibəsində qazanılan Qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Tədbir iştirakçılarına Qələbənin simvolu olan Xarıbülbül nişanları və “200” adlı kitab hədiyyə olunmuşdur.

Qeyd edək ki, “200” adlı kitabın ideya müəllifi və layihə rəhbəri Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətovdur.
 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan