» » "Karyeranı Qur” gənclərin məşğulluğuna dəstək layihəsi həyata keçirilir


"Karyeranı Qur” gənclərin məşğulluğuna dəstək layihəsi həyata keçirilir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə cənub regionunda Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin "Karyeranı qur" layihəsi həyata keçirilir.

“Bilesuvarinfo” xəbər verir ki, layihə  çərçivəsində Cəlilabad Tibb Kollecində gənclərlə dördüncü maarifləndirmə tədbiri keçirilib.

"Biləsuvar Yeniyetmə və Gəncləri" İctimai Birliyinin idarə heyətinin üzvü və layihə rəhbəri Elnur Hüseynli, layihənin təlimçisi Bəhruz Nəbili və rayon gəncləri iştirak etmişdir.

Tədbirdə layihə rəhbəri Elnur Hüseynli çıxış edərək təşkilatın fəaliyyəti və layihə barədə ətraflı məlumat verib : “ Layihə karyera planlaşdırılması və inkişafı üçün və gənclərin gələcək peşəkar kimi formalaşmasında əhəmiyyətlidir. Gənclər üçün fərqli perspektivlər və yeni imkanlar yaradır. Bugün dördüncü marifləndirmə tədbirimizi həyata keçirməklə layihənin Biləsuvar və Cəlilabad rayonlarında olan təlimlərini yekunlaşdırmaqla ümumilikdə 100-dən çox gəncin təlimlərdə fəal iştirakını təmin etmiş olacağıq.”

Daha sonra təlimçi B.Nəbilinin iştirakı ilə gənclər mövzu ətrafında müzakirələrdə iştirak etdi. İştirakçılar üçün könüllülük fəaliyyəti, uğurlu könüllü, könüllülükdən karyeraya, karyera inkişafı sahələri üzrə gənclərin maarifləndirilməsi istiqamətində söhbət aparılmışdır. Təlimdən faydalanan gənclər öz şəxsi inkişaf yollarını müəyyən etmək, özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən etmək, şəxsi inkişaf istiqamətlərini analiz etməklə özünə uyğun karyera qurmaq, praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirmək üçün bilik və bacarıqlar əldə etmişdir.

Tədbirlər zamanı mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.
Sonda fərqlənən tədbir iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırılıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan