» » Gələcək uğurlarını qələmə almaq ümüdü ilə.. .


Gələcək uğurlarını qələmə almaq ümüdü ilə.. .

Onu 2016 - cı ildə,  liseydə təhsil alarkən tanımışdıq. Mübariz İbrahimov adına lisey-bağça kompleksinə həmin il ən yüksək nəticə ilə qəbul olan üç şagirddən biri Rəşad Qarayevin nümunəvi şagird olmasından müəllimləri ürəkdolusu danışırdılar. 

... Oxumağa gəldiyi təhsil müəssisəsinin yüksək savad və bacarığa malik pedoqoji kollektivin olması onun təhsil uğurlarının artmasında yeni imkanlar yaradır. Riyaziyyat müəllimi Elxan  muəllim Rəşadın çox  iti  zehninin və   digər şagirdlərdən  fərqli  hesablama  qabiliyyətinə  malik  olduğunu  vurğulamışdı. Afərin və Rəvan müəllim Rəşadın dərslərə  həvəsi və çalışqanlığından məmnunluqlarını ifadə etmişdilər:  “Kimya fənni  üzrə  keçirilən olimpiadalarda qələbə soraqları eşidilir. “Xəmsə”intellektual televiziya bilik yarişmasında öz komandasıyla mübarizə aparır.”

Bu zaman Samirə müəllimə ( Rəşadın anası) övladının 3 yaşından hərfləri öyrənməsindən, 5 yaşında ikən yazıb-oxumasından fəxrlə danışırdısa, indi tələbə anası olmasından qürurunu gizlətmir: 

- Rəşadın orta təhsildə göstərdiyi fəallıq ona liseyi əla qiymətlərlə,  fərqlənmə  atestatiyla  bitirməyə imkan verdi . Ötən tədris ilində ali məktəblərə keçirilən qəbul imtahalarında yüksək nəticə, 600 keçid balı ilə Xəzər Universitetinin  kompüter  elmləri  fakültəsinə  qəbul  olub.

Elmə, təhsilə sonsuz sevgisi Rəşadı ali məktəbdə daha böyük səylə çalışmağa ruhlandırıb.  Təhsilindən geri qalmır, həm də müxtəlif kurs və seminarlarda fəallığı ilə seçilir.  
Rəşadın təhsillə bağlı arzuları tükənməzdir. Almaniyada və ya Amerikada təhsili   davam etdirmək,   kompüter üzrə mükəmməl mütəxəsislər sırasında olmaq istəyir. Ən böyük arzusu öz ixtisasının dərinliklərinə bələd olub, bu sahədə yeni   ixtiraya sahib çıxmaqla dövlətinə bilikli və gərəkli bir vətəndaş olmaqdır.
Hazırda  oxuduğu universitetdə dərslərini  çox  böyuk  həvəslə  oxuyur, təhsilini ingilis  dilində  alır. Təhsil almaqla yanaşı müxtəlif kursalarda iştirak edir ki, biliyini artırsın.

Biləsuvar rayon Gənclərin inkişaf və karyera Mərkəzinin fəal könüllü gənclərindən olan Rəşad bütün ictimai tədbirlərdə öndə olmuşdur. O, bu fəallığını karonavirus pandemiya zamanı da əsirgəməyə bilməzdi, öz rayonunda  Rəşad təhlükəli virusa qarşı insanların maarifləndirilməsində gənclərlə bir arada olmuşdur... Ölkəmizi tanıdan layihəsindən diplomla geri dönüb.

... Zehmətkeş  pedaqoq və  tələbkar  muəllim  Dilarə  nənənin əməyini doğruldan Rəşad inanırıq  ki  gələcəkdə  də ailəsinə  baş  ucalıgı  gətirəcək. Ümüdvarıq  ki, igidlər oylağı Biləsuvar  Rəşad kimi  istedadli  və  potensiallı gəncləri ilə də   daima  qürur  hissi  keçirəcək.

Bəli, zaman atlıdır,biz isə piyada. Amma zamanın nəbzini tutmaq, o qızıl dəqiqələrin, günlərin, illərin qədrini,dəyərini vermək üçün Rəşad kimi sağlam elmi təməlli, əxlaq, mədəniyyət sahibi olmaq yetərlidir. Odur ki, bu yolda  gənc tələbəyə bol bol uğurlar arzulayır,onun gələcək nailiyyətlərindən   əziz oxucularımızı agah etmək ümidi ilə yazımıza üç nöqtə qoyuruq...

“Bilesuvarinfo.az”
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR