» » Üç rayonda iş tapmaqda çətinlik çəkən gənclərə dəstək olacaqlar


Üç rayonda iş tapmaqda çətinlik çəkən gənclərə dəstək olacaqlar

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin gənclərlə bağlı "Karyeranı qur" layihəsi icrasına başlanılıb.

"Bilesuvarinfo" xəbər verir ki,  layihə çərçivəsində gənclərlə ilk maarifləndirmə görüşü Biləsuvar Gənclər Evində  keçirilmişdir. Tədbidə gənclərlə bağlı yerli təşkilat rəhbərləri və 30-a yaxın gənc iştirak edib.

Görüşdə ayihə rəhbəri Elnur Hüseynli çıxış edərək təşkilatın fəaliyyəti və layihə barədə ətraflı məlumat verib : "Hazırda ölkəmizdə geniş miqyas alan gənclər siyasəti hər bir gəncin maraq və inkişafını təmin edir, bu istiqamətdə müxtəlif proqram və layihələr uğurla icra olunur. Keçirilən layihənin də əsas məqsədi iş qabiliyyəti olan, lakin iş tapmaqda çətinlik çəkən gənclərin məşğulluğuna dəstək olmaqdır." 

Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev,  GİKM-in Biləsuvar nümayəndəliyinin direktoru Təhminə Əliyeva layihənin əhəmiyyəti barədə ətraflı çıxışlar edərək, layihənin işinə gənclərə uruğurlar arzuladılar.

Sonda təlimçi Bəhruz Nəbilinin iştirakı ilə gənclər bu mövzular ətrafında müzakirələrdə iştirak edib. Fərqlənən tədbir iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, layihə 3 ay ərzində Salyan, Biləsuvar və Cəlilabad rayonlarında icra olunacaqdır. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan