» » "Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi" ilə bağlı layihə yekunlaşıb


"Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi" ilə bağlı layihə yekunlaşıb

Biləsuvarda keçirilən "Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi" ilə bağlı layihə yekunlaşıb.


Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" çərçivəsində qalib olmuş Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbinin informatika müəllimi Rəfiqə Hüseynovanın "Rəqəmsal Liderlər" Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihə başa çatıb. 


Layihədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası layihənin icra olunmasında əməkdaşlıq edib.


Xatırladaq ki, layihənin məqsədi distant təhsilin təşkili üçün müəllimlərə əlavə texnoloji alətlərin - “Google for Education” platformasını necə istifadə edəcəklərini öyrətmək olub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan