» » Moskvada yaşayan fəxrimiz olan qardaşlar


Moskvada yaşayan fəxrimiz olan qardaşlar

Onlar iki qardaşdırdılar, hələ yaşlarının az olmasına baxmayaraq, qərib ölkədə anadan olduqları ailə onlarla fəxr edir.

“Bilesuvarinfo” xəbər verir ki, Babayevlər ailəsi uzun illərdir Rusiyada yaşayayır. Moskva şəhərində fəaliyyət göstərən Vüsl Babayevin övladları Amin 2009-cu, Aydın isə 2013-cu ildə anadan olub, məktəbli olan qardaşlar dərslərində fəal şagirdlərdir. 

 Hazırda Babayevlər qardaşlarını daha çox fərqləndirən idmançı kimi formalaşması,  qatıldıqları yarışlarda fəxri kürsülərdə yer almasıdır. Ailənin böyük oğlu, 6 sinif şagirdi olan Amin Babayev  üç il davamlı olaraq yaşadığı şəhərdə yaşıdları arasında güləş idmanı üzrə birincilik əldə edib. Kiçik qardaş Aydın Babayev də idman uğurlarını artırır. O, bu günlərdə Svetaqroski şəhərində, yaşıdalrı arasında keçirilən yarışda birinci yeriə sahib çıxıb.

Qeyd edək ki, Bababeyvlər ailəsi Biləsuvar şəhərindəndir. Vətəndən uzaqda uğurları ilə bizi sevindirən yenimətmə idmançıların babası  Babayev Aydın Xudaş oğludur. Ali təhsilli mühəndisdir, o, da bir vaxtlar güləş idmanı üzrə fəxri adlara sahib çıxıb.  Xüsusilə ali təhsil aldığı vaxtlarda əsl idmançı kimi uğurlara imza atıb.

Səlamət Rəhimov, 
şair, “Qizıl Qələm” mükafatı larueatı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan