» » Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib


Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Biləsuvar rayonunda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
 
“Bilesuvarinfo” xəbər verir ki, rayonda dahi şəxsiyyətin adını daşıyan Biləsuvar şəhər, 1 saylı tam orta məktəbdə keçirilən tədbir möhtəşəmliyi ilə yadda qalıb.
 
Tədbirdə rayon Biləsuvar Rayon Təhsil şöbəsinin müdür müavini Əlisəfa Qənbərov, Vətən müharibəsinin qaziləri, məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə məktəb şagirdlərinin N. Gəncəvinin  qəzəlləri əsasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Nizami yaradıcılığından bəhs edən əsərləri, həmçinin dahi şair və mütəfəkkirin hikmətli kəlamları səsləndirilib. Biləsuvar Uşaq və İncəsənət məktəbinin fortepiano şöbəsinin müəllimi  Samirə Musalının müşayəti ilə Opera və Balet Teatırının dəvətli solisti Rza Xosrovzadənin ifasında Üzeyir Hacıbəylinin Sənsiz ramansı sürəkli alqışlarla qarşılanıb.

Tədbirdə rayon təhsil şöbəsinin müdür müavini Ə.Qənbərov  çıxışında qeyd etmidir ki, cari ilin “Nizami Gəncəvi ili” elan olunmasını mədəniyyətimizə  və milli-mənəvi dəyərlərimizə göstərilən yüksək dəyərin təzahürüdür. Təhsil ocağının direktoru  Xanımgül Abıyeva bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin böyük Azərbaycan şairi, dünya poeziyasının klassiki Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar olaraq “Nizami Gəncəvi İli” elan edilməsi ölməz söz və fikir ustasının həyat və yaradıcılığına diqqətin daha da artmasına imkan yaradıb. Azərbaycan və dünya boyunca keçirilən Nizami məclisləri, konfranslar, simpoziumlar, müsabiqələr, sərgilər gəncəli dahinin fəth etdiyi düşüncə və ürəklərin sayını durmadan artırır.
 
X.Abıyeva həmçinin tədbirin möhtəşəm təşkilində göstərdikləri fəallığa görə məktəbin müəllimlərinin adlarını çəkərkən mədəniyyət işçiləri İlqar Dadaşova və  Cahangir  Məlikova təşəkkür etdi.  
 
Tədbirdə cıxış edən qonaqlar ölməz söz sənətkarına həsr olunan tədbirin yüksək səviyyədə təşkilindən məmnunluqlarını ifadə ermişlər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan