» » "E-TEACHERS" layihəsinin bağlanış mərasimi keçirilib


"E-TEACHERS" layihəsinin bağlanış mərasimi keçirilib


Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin "E-TEACHERS" layihəsinin bağlanış mərasimi keçirilib.

Mərasimin açılışında layihə rəhbəri Azər Əliyev çıxış edərək layihənin icrası haqqında hesabat verib. Həmçinin rayon Təhsil Şöbəsinin inspektoru Nərmin Məmmədova , təlimçi Bakı Oksford məktəbinin ingilis dili departamentinin şöbə rəisinin müavini Rəfiqə Ağayeva və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının rəhbəri Rüfət Əsədzadə hamıya uğurlar arzulayıb. 

Layihədə iştirak edən bütün iştirakçılara sertifikatlar göndərilib. 

Ümumilikdə 50 iştirakçı qiymətləndirilib və onlardan 8-i ən fəal iştirakçı adını alıb.

Mərasimin sonunda müəllimlərin yeni təklifləri və istəkləri dinlənilib. 

Qeyd edək ki, layihənin  əsas məqsədi ingilis dili müəllimlərinin müasir avadanlıqlardan istifadə bacarıqlarının artırılmasıdır və layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub.

XƏBƏRLƏR ŞÖBƏSİ


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan