» » Təbiət mühafizəçi ilə deyil, sevgi ilə qorunar


Təbiət mühafizəçi ilə deyil, sevgi ilə qorunar

“Hərəyə bir ağac əkək”

 Müasir dövrdə iri şəhərlərin yaranması, zavod və fabriklərin, avtomobillərin sayının artması hesabına yer kürəsinin bəzi zonalarında oksigen miqdarı azalır. Bu kimi proseslərin müqabilində atmosferə karbon və zəhərli qazların buraxılmasıbda artlm ekoloji tarazlığın pozulmasına gətirib.

Oksigen qıtlığı (azlığı) daha çox böyük şəhərlərdə hiss olunur. Oksigen elementi “milyonçu” qrupuna daxildir, yer kürəsində ən geniş yayılmış elementdir. Atmosferdə oksigenin miqdarı 20,95 (həcminə görə) və yaxud kütləsi 23,1%, bu da 1500 teraton təşkil edir (yəni 1012 ton). Bir çox mütəxəssislərin apardığı hesablamalara görə 70- ci illərdə oksigenin istifadəsi 55km3 olmuşdur. Müasir dövrdə müxtəlif  kimyəvi proseslərin getməsinə 20 qidaton (109 ton) oksigen sərf olunur, bu da oksigenin biogen istehsalını 10-15 artırır. Son yüzilliklərdə cəmiyyət 240 qedaton oksigen sərf etmiş, bu halda atmosferə 360 qedatondan çox karbon qazı daxil olmuşdur.
 
 Bütün bunların qarşısını almaq üçün insanlar yaşıl bitkilərin əkinini genişləndirməlidirlər.Bunu reallaşdırmaq üçün parklar, meşələr salmaq lazımdır. Əbəs yerə demirlər ki, meşələr, parklar planetimizin ağ ciyərləridir. Hər il yanma zamanı canlıların tənəffüsü zamanı, xüsusilə bitkilərin tənəffüsü zamanı xaric edilən karbon qazını bitkilər fotosintez prosesində istifadə edir. 

  Biz bu bitkilərin, meşə və parkların sayını artırmaq əvəzinə onların sayını azaldırıq. Ona görə ki, insanlar ağacları yaxşı tanımır, onların əhəmiyyətini dərindən başa düşmür. İnsanın təsərrüfat fəaliyyətinin mənfi fikri hesabına belə hallar baş verir. Ətraf mühiti tamam dəyişdirməyə çalışan yeganə varlıq insandır. Və bu sahədə insanın səhvlərinin sayı-hesabı yoxdur. Əslində insanın uğurlarının çoxu uğursuzluqlardır. F.Engels deyirdi: “Biz təbiət üzərindəki qələbəmizlə çox da öyünməyək. Təbiət hər dəfə belə “qələbə” üçün bizdən qisas alır. İnsan təbiəti özgələşdirir. Təbiətə insanın qalib gəlmək hərisliyi ona gətirib çıxarır ki, təhlükəli olan ekoloji partlayış yaranır. Ekoloji partlayış işi atom silahına nisbətən daha çox təhlükəlidir.  Mərhum akademikimiz Həsən Əliyev səyahətlərinin birində bir almandan soruşub ki, nə üçün meyvə bağları deyil, meşə üçün tinglik salırsınız? Cavabında alman ona deyib ki, meyvəni başqa ölkələrdən də almaq olar, lakin meşəni heç yerdən gətirmək olmaz. Axı, meşə torpaqdır, sudur, havadır, bir sözlə, hər şeydir...
Yeri gəlmişkən, onu da qeyd edək ki, sevimli Peyğəmbərimiz Məhəmməd Peyğəmbər (s.ə.s) hədislərində buyurur ki, qiyamət qoparkən sizlərin əlində bir xurma fidanı olarsa və onu əkməyə gücü çatarsa, dərhal həmin fidanı əksin, geriyə saxlamasın. Bir kimsə bir ağac əkərsə, ağac meyvə verənə qədər onu qoruyub qulluq edərsə, bu ağacdan tökülən hər meyvə Allah qatında o kimsə üçün bir sədəqə olar

  Bitkilərdə gedən fotosintez prosesinin hesabına atmosfer oksigenlə zəngləşir. Fotosintez prosesini ilk dəfə ingilis kimyaçısı C.Pristli aşkar etmişdir.(yun fotos-işıq, “ sintez” - əmələgəlmə”). Pristli korlanmış havanın bitkilər tərəfindən saflaşdırıldığını öyrənmişdir. Sonra digər bir alim  Günəş işığında həmin “korlanmış” havanın bitkilər tərəfindən “yaxşılaşdığını müşahidə etmişdir. Rus alimi K.A.Timizyayev 1874 – cü ildə yaşıl piqment olan xlorofilin fotosintezdə rolunu öyrənmişdir. Planetdə bütün həyatın təzahürü fotosintezdən asılıdır. Ona görə ki, sərbəst oksigen olmazsa, tənəffüs prosesi getməz, həyat məhv olar. Görün bitkilərin təbiətdə, insan həyatında, ümumiyyətlə canlıların həyatında, maddələr dövranında nə qədər böyük rolu var. Məsələn, şam meşəsinin havası insanların sağlamlığı üçün çox böyük əhəmiyyət kəsb edir. Ozonla zəngin olduğuna görə ağ ciyər xəstəliyi olan adamlar özlərini yaxşı hiss edirlər. Eyni zamanda şam ağacları xüsusi ucucu maddələr xaric edir. Həmin maddələr isə xəstəlik törədən mikrobları  məhv edir. 

  Bu səbəbdən şəhərləri, yaşayış məmtəqələrini, istirahət yerlərini, sanatoriyaları, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların ətrafını iynəyarpaqlı ağaclarla yaşıllaşdırırlar.  Eyni zamanda bu ağac yarpaqları “ C Vitamini”, şəkər və başqa maddələrlə zəngindir və sairə. 

  Məsələn Yevlax rayonunun Xaldan kənd orta məktəbinin şagirdləri Kür çayının sahilində 10 hektar “Eldar şamı” meşəsi salmışlar. Hal – hazırda həmin meşə Yevlax şəhər əhalisinin istirahət mərkəzinə çevrilmişdir. Bir sözlə bitkilərin əhəmiyyəti sadalamaqla qurtarmır. 

  Görkəmli Sovet bioloqu B.P.Tokin bitkilərin havaya buraxdığı xüsusi kimyəvi maddələri kəşf etdi və bu maddələri fitonsid adlandırdı. (fiton – yunanca bitki, “sedere”, latınca öldürücü). Deməli, fitonsid öldürücü bitki mənasındadır. Bu maddələr antibiotik xassə daşıyır, havada olan bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır.
 
  Fitonsid hadisəsi təbiətdə geniş yayılmışdır. Bütün bitkilərdə fitonsid xassəsi var. (bakteriyalardan ali bitkilərə qədər). Çay, dəniz və göllərin suyunda da kifayət qədər fitonsidli bitkilərə rast gəlinir. 

  Ağaclar daha güclü fitonsid xassələri daşıyır. Ona görə də meşələr insanların əvəzedilməz sağlamlıq mənbəyidir. Şam, ardıc, qovaq, palıd, cökə, tozağacı meşələri xəstəlik törədən mikrobları aloye, sarmaşıq, soğan və istiotdan da tez məhv edir. Ona görə də yaşıllıqları (yaşıl bitkiləri) havanın “sanitarı”, fitonsidləri isə havanın “vitamini” adlandırırlar. 

  İnsanın sağlamlığı üçün fitnosidlər də vitaminlər əhəmiyyətli və vacibdir. 40-a qədər fitonsid buraxan ağac və kol növü var. Hər bir bitki növünün özünəməxsus təsiredici xassəsi var. Şam ağacının fitonsidləri vərəm xəstələrinin sağlmasına kömək edir. Ardıc ağacının fitonsidləri differiya, göy öskürək, qarın yatalağı çöplərinə və milçəklərə öldürücü təsir göstərir. Bir hektar ardıc meçəsi sutkada 30 kq fitonsidli efir yağı buraxır. Bu orta böyüklükdə olan bir şəhərdə havanın xəstəliklərdən mikroblardan təmizlənməsi üçün kifayətdir. Şəhər havasının bir kubmetrində mikrobların sayı həmin həcmdə meşə havasından 150-200 dəfə çox olur. Ardıc, şam, s  idr və palıd meşələrində mikrob yox dərəcəsindədir.  Ağcaqayın, qovaq, tozağacı, sərv fitonsidləri 20-25, şam, ardıc və ağaclarını 15, qoz 18, vələs və saqqız 7-8, palıd və qaraçöhrənin fitonsidləri isə 5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə qadirdir. 

  Bitkilərin əhəmiyyəti barədə bunlar hələ azdır. Heyvanların əksəriyyəti bitkilərlə qidalanır. Hətta ət ilə qidalanan bəzi yırtıcı heyvanların da həyatı bitkilərdən asılıdır, ona görə ki, onlar bitkiyeyən heyvanlarla qidalanır. Belə görünür ki, o cümlədən insanın da qidasının ilk mənbəyi yaşıl bitkilərdir. Bizim qidamızda da bitkilər əsas yer tutur. Burada əsasən taxıllar fəsiləsindən olan dənli bitkilər nəzərdə tutulur. Həmçinin tərəvəz bitkilərinin insanın həyatda özünəməxsus yeri var. Həmçinin texniki bitki sortlarının. Digər bir misal: təbabətdə müxtəlif xəstəliklərin müalicəsində bitkilərdən istifadə olunması – hazırda dərmanların 40% - i bitkilərdən alınır. 

  Biz bitkilərin bu əhəmiyyətini bilib onlar təbiətdə çoxaltmaq əvəzinə, əksinə onları tələf edirik, yerinə yenisini əkməmiş onlarə kəsib doğrayırıq və atmosferdə oksigen qıtlığı yaradırıq, karbon qazının miqdarını çoxaldırıq, yəni karbon qazının atmosferdə artması heç bir şübhə doğurmur. 

  “Hazırda atmosferdə (homosferada- troposfer, strafosper, mezasfer), oksigenin faizi 21-ə çatdığı halda, karbon qazının həcmi 60-dan, 0,03% enmişdir. Alimlərin fikrincə yaxın 30 ildə karbon qazının faizi artaraq 50% - ə çatmaı gözlənilir. Ona görə ki, yer kürəsində oksigen istehsalçılarının vəziyyəti gündən –günə pisləşir. Hətta sular da çirklənmiş vəziyyətə düşüb – bəşəriyyətə lazım olan oksigenin 440 milyard tonunu sular istehsal edir. (bu istehsal 30% azalmışdır) Meşələrin məhv edilməsi indiki templə davam edərsə 2050- ci ildə yer kürəsində bir ağac belə qalmayacaqdır. Bir ağacın 24 saat ərzində 6 adamı oksigenlə təmin etdiyini nəzərə alsaq bitki aləminin bəşəriyyət üçün nə demək olduğunu dərk etmək çətin deyildir. 

  Əgər bütün bunlardan nəticə çıxarsaq biz görərik ki,  vitse – prezident Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək” devizinin arxasında nələr dayandığını çox asanlıqla görə bilərik. Bəli məhz bütün bunlara görə biz bitkilərin kökünü kəsib onları floramızdan silməməliyik. Qiymətli ağac növlərimizi (qoz, palıd və s) başdan –başa kəsib xaricə satmamalıyıq. Məhz buna görə bəzi ağac və kol növləri (dəmirağacı, qaraçöhrə, şərq çinarı, Araz palıdı, eldar şamı, adi xurma, ürəkyarpaqlı qızılağac, Xəzər zəfəranı və sairə) azalır. 

  Baxın: palıd, fısdıq – bir günşələr qorunan sahədə, torpaq eroziya prosesində 100 litr hava buraxır! Belə faktlar çoxdur. Meşələr qorunan sahədə torpaq eroziya prosesinin qarşısı alınır; qorunmayan sahələrdə meşəlik sıradan çıxır, eroziyaya uğrayır, hətta ot örtüyündən də məhrum olub çılpaqlaşır. Bu da insanın təsərrüfat fəaliyyətinin (mənfi) nəticəsidir(antropogen təsir). 

  Bəli bütün bunlara görə bizim babalarımızın qan – təri ilə qorunub bizə çatdırılan ana təbiəti, onun torpağını, meşələrini, heyvanat aləmini göz bəbəyi kimi qorumalıyıq. Onu daha zənginləşdirib gələcək nəslə təhvil vermək bizim hər birimizin əsas borcudur. Təbiət mühafizəçi ilə deyil, sevgi ilə qorunar – atalara sözünü yada salıb, gəlin keçən günahlarımıza peşman olmağımızı dərk edək! 

Ramiz  Buludov, 
Şəhid N.Soltanov adına Dövrüşlü kənd tam orta məktəbin
 kimya- biologiya müəllimi 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR