» » Biləsuvar sakinlərindən qanunsuz silahlar götürülüb


Biləsuvar sakinlərindən qanunsuz silahlar götürülüb


Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.


DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Bilesuvarinfo"ya verilən məlumata görə, bu istiqamətdə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri S. Məhərrəmov, A.İmanov və E.Nəsirlidən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.


Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Biləsuvar RPŞ-də müvafiq araşdırma aparılır.

XƏBƏRLƏR ŞÖBƏSİ
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan