Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - VİDEO - FOTO » Yerli İnformasiya Agentliyi
» » Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - VİDEO - FOTO

Biləsuvarda Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - VİDEO - FOTO

Biləsuvar rayonunda Müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on səkkizinci ildönümü qeyd olunub.

"Bilesuvarinfo" Biləsuvar rayon İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun və rayon ictimaiyyətinin iştirak etdiyi tədbir əvvəlcə Ulu Öndərin abidəsinin ziyarəti ilə başladı. Heydər Əliyevə olan məhəbbətini ifadə edən biləsuvarlılar  Dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra rayon sakinləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən fotosərgilərdən ibarət muzeyi ziyarət etdilər.

Rayon Gənclər Mərkəzində keçirilən mərasimdə çıxış edən Biləsuvar  rayon  İcra  Hakimiyyətinin  başçısı  Faiq Qürbətov  bildirdi ki, tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.Azərbaycan dövlətinin otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır.Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqın məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz və qürur duyduğumuz  böyük Azərbaycanlı idi.
1969-cu ildə keçmiş  SSRİ-nin əyalətlərindən  biri olan  Azərbaycanın  iqtisadiyyatında, cəmiyyətin ictimai-siyasi həyatında narahatlıq  doğuran  tənəzzül  proseslərinin  açıq  müşahidə edildiyi bir zamanda respublikanın rəhbərliyinə gələn Heydər Əliyev  ittifaqın  güclü iqtisadi  potensialından   səmərəli istifadə  edərək  Azərbaycanı qısa müddət ərzində  tərəqqi   yoluna  çıxartdı. Respublikada saysız-hesabsız sənaye müəssisələri  salındı, yüzlərlə  zavod, fabrik tikildi,  istehsal  sahələri  yardıldı.
Bu  böyük  şəxsiyyət  Azərbaycanın  həmin  dövrü  və uzaq  gələcəyi, daha  doğrusu  müstəqillik  dövrü  üçün  zəruri  vəzifələri  peşəkarlıqla,  ustalıqla  yerin yetirir  və    inkişaf etdirirdi.
Xalqımızın   sədaqətli  oğlu  Azərbaycan müstəqillik  savaşına  qalxdığı günlərdə   səsini  onun  haqq  səsinə  qataraq  azərbaycanlılara  və Azərbaycanda qanlı cinayət törədənlərə   qarşı  qətiyyətlə mübarizə  aparmışdır. 1990-cı ilin  20 Yanvar  qırığınından hiddətlənərək  bu  qanlı  hadisəni  törədən   imperiyanın   paytaxtından  on minlərlə  həmvətənimizin  ön  sırasında  duran  Heydər  Əliyev əzmkarlığı,  qanlı  Bakı  faciəsinin günahkarlarını  lənətləyən gur səsi    xalqımızın  azadlıq  mücadiləsində  daha  möhkəm  birləşəməsinə  güclü  təkan  verdi.
1993-cü ilin may-iyununda  dövlət  böhranının,  hakimiyyətsizliyin,  başıpozuqluğun, xaosun kulminasiya  nöqtəsinə  çatması  və ölkədə  vətəndaş  müharibəsi  və  müstəqilliyin  itirilməsi  təhlükəsi  yarandıqda,  xalq
təkidlə Heydər  Əliyevin  hakimiyyətə gətirilməsi  tələbi  ilə ayağa  qalxdı.
1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində ölkədə böyük dönüş yaratdı. Azərbaycanın dövlətçiliyi  qorunub  saxlanıldı, ölkədə  davamlı  sabitlik  təmin olundu. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar.Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətini birmənalı olaraq qəbul edirdilər. Elə bu cəhətlərinə görədir ki, xalqımız onu əsrin böyük Azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevirdi.
Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olmuşdur. 
Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov çıxışında bildirdi ki, bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.
Çıxışının sonunda Faiq Qürbətov qeyd etdi ki, Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.Bu  gün müstəqil  Azərbaycan  dövlətinin  hər  bir  atributu  Heydər Əliyevin adı ilə, onun  iradəsi, istedadı,  əzmi, vətən  sevgisi,  yorulmaz  fəaliyyəti ilə  bağlıdır.  Azərbaycan xalqı ümummilli lideri Heydər Əliyevin əziz  xatirəsini  daim uca  tutacaq,  böyük Heydər Əliyev yolu  ilə  gedərək,  bu  yolun  layiqli  davamçısı, Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevin  ətrafında  sıx  birləşərək,  bu  ideyaların  gerçəkləşdirilməsində  qüvvə  və
səylərini  əsirgəməyəcəklər.

Mərasim  Bakı Kamera Orkestri kollektivinin çıxışları ilə davam edib.



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.

SON MƏQALƏLƏR

torpaq