» » Yem ambarını kəndlisinin yandırdığını iddia edir


Yem ambarını kəndlisinin yandırdığını iddia edir

Biləsuvarda ot bağlamaları ilə dolu yem ambarı yanaraq külə dönüb. 
"Bilesuvarinfo" xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Kənd sakini Hüseynov Mübariz Nəriman oğluna məxsus ümumi sahəsi təxminən 90 m2 olan yem ambarı daxilində yığılan  ot bağlaması (250 yə yaxın) ilə birgə yanaraq külə dönüb. 

Ev sahibinini iddiasına görə hadisə kəndlisi tərəfindən  qəsdən törədilmişdir.

 Yanğın rayonun yanğından mühafizə xidməti bölmələri tərəfindən söndürülüb, ətrafdakı yaşayış evlərinə və yardımçı tikililərə zərər dəyməyib. 

Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR