Qərib eldə doğuldu, doğma Vətəni uğrunda şəhid oldu... » Yerli İnformasiya Agentliyi
» » » Qərib eldə doğuldu, doğma Vətəni uğrunda şəhid oldu...

Qərib eldə doğuldu, doğma Vətəni uğrunda şəhid oldu...


... Atası Amidi və bacısı Səbinəni  Azərbaycana gətirib nənələrinə təhvil verəndə onlar hələ çox uşaq olmuşlar. Tahirə nənə 1 yaşlı Amidini,  6 yaşlı Səbinəsini bağrına basıb saxlamışdır. Əmisi və onun həyat yoldaşı onları öz övladlarından ayrı tutmadı, ata-ana nəvazişini əsirgəməyib, boya-başa çatdırdılar. Anaları xəstə olduğuna görə ovladlarına baxa bilməyib, rəsmi qaydada ərizə yazaraq uşaqlardan imtina edib və onları atasına təhvil verib. Ataları övladları dövlətin ixtiyarına vermək  istəyəndə  Qasım əmi  buna razı olmayıb və qəyyumluqla uşaqları övladlığa qəbul edib.

   Hər iki uşaq 2001-ci ildə Azərbaycana, Biləsuvarın Çaylı kəndinə gətirilib. Geridə ki iyirmi ildə uşaqlar Azərbaycanda milli ruhlu gənclər kimi böyüdülər . Səbinə ailə həyatı qurub. Qardaşıyla öyünən, onunla nəfəs alan Səbinə Əliyeva (şəhidin bacısı) deyir ki,  qardaşım bir oğul kimi qayğıkeş, zəhmətkeş və  mərd böyümüşdü...

Amid kənd orta məktəbini bitirdikdən sonra 2017-ci ildə  həqiqi hərbi xidmətə yollanıb. Əsgəri xidmətindən sonra o, bir müddət öyrəndiyi dərzilik peşəsində çalışır. Ancaq sevib-seçdiyi hərbici peşəsinə qayıtmaq,  doğmalarının xeyir-duası ilə 2020-ci ilin yazında qismət olur. 

O, yenidən Vətən torpaqlarının keşiyinə dönərək, qatıldığı tank kurslarını müvəffəqiyyətlə bitirir.   27 sentyabrda başlanan Vətən müharibəsində tuşlayıcısı olduğu zirehli texnika ilə  döyüşlərə qatılır. Füzuli, Cəbrayıl istiqamətində öndə irəliləyən məğrur döyüşçü  müharibənin 3-cü günü  qəhrəmancasına şəhid olur.
 
 Çaylı kənd qəbristanlığında dəfn olunan igid tankçı şəhid Amid İlhamoviç Əliyev, ölümündən sonra Prezident sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Karvan ailəvi restoran

karvan

SON MƏQALƏLƏR