» » Piyada keçidlərindən ehtiyatsız istifadə edə bilirsinizmi?.. .


Piyada keçidlərindən ehtiyatsız istifadə edə bilirsinizmi?.. .

Bəlkə də, elə bir gün olmasın, avtomobil qəzalarında insan həyatını itirməsi xəbərini eşitməyək. Yol terrorlarında yüzlərlə ana  gözü yaşlı, övladlar valideyinsiz, qadınların ərsiz qalmasına taleyin qismətidir, alın yazısı - deyib, özümüzə təsəlli veririk.. .

 Necə düşünürsiniz, doğurdanmı bu belədir?. Küçədə, yolda şahidi olduqlarımız  belə deməyə imkan verirmi?. Əksər qəzalara gətirib çıxran yol hərəkəti qaydalarına əməl olunmaması və ya ehtiyatsızlıq deyilmi?

Bu barədə çox danışılsa da, unutqan, olduqca etinasız oluruq, sanki hər şeydən ( bir gün özümüzün də qəzaya düşməsindən) özümüzü sığotalamış kimi aparmırıqmı?.. .

İndi maşın almaqla, sanki özümüzü əzrailin bir addımlığına aparıb çıxarırıq. Kim bilir ki, sənilə bir yolda hərəkət edən sürücünin avtomobili idarə etmək hüququ və ya bacarığı hansı səviyyədədir?. El sözü ilə desək, "dana satıb, jiquli alan” dəliqanlı sürücü bir gün səni də haqlayacaqmı?.

Əslinə, bu bəlamızın da başında ictimai nəzarətin kasadlığı da durur. Heç uzağa getmədən Biləsuvar şəhərində də  nəqliyyat vasitələrinin qayda pozuntularına bəzən şahid ola bilərik. Hərəkət iştirakçıları ( elə bu haqda yazanlar da) bu cür sürurücülərin doğurduğu narahatçılığa qəzəblərini gizlətməsələr də, aidiyyatı orqan qarşısında məsələ qaldırmaqda israrlı olmurlar. “ Royonculuqdur, tanış-qohum cıxar, sonra ayıb olar” deməklə, sonda əksəriyyət eyni bəlanın qurbanı olur, elə deyilmi?. 

Bu yerə bir xatırlama istərdik: Yol hərəkəti haqqında  Qanununa müvafiq olaraq, yaşayış məntəqələri ücün nəzərdə tutulan sürət həddi tənzimlənərək,  xəbərdaredici nişanlarda yol ətraflarında kifayət qədər göstərilmişdir. Çox təssüf, əksər vaxtlarda sürcülər buna əməl etmir. 

Göstərmək olar :  Biləsuvar şəhər mərkəzindən əks isiqamətdə gedərkən “ S.Vurğun”dan (el arasında belə deylir) sonra sürət həddi sanki götürülüb. Söhbətdə piyada keçidlərinə toxunduğumu bildikdə, yəqin bu fikirmlə tam razılaşacaqsınız!. Deyinlərlə kim razılaşmasa buyurub gəlsin Biləsuvar rayon Mərkəzi xəstəxanasının qarşısına!. Görək buradakı piyada keçidində məhəl qoyan tapılır! ( Əlbəttə çox az). Burada əksər sürücülər piyada keçidinin və zolağının olmasını göstərən xəbərdaredici nişanın olmasından sanki xəbərsizlər. 

Ümid edirik ki, Biləsuvar DYP əməkdaşları sayıqlığını artıracaq, qanun çərçivəsində sürücüləri daha məsuliyyətli  olmalarına nail olacaqlar.

P.S: Xəstəxana yaxınlığında bu piyada keçidində zolaq  sonuncu dəfə zolaqların çəkilməsindən bir ildən çox müddət ötməsinə baxmayaraq öz keyfiyyətini bu gün saxlayır. Zolaq  Əsgərabad - Çaylı dolama yolunu çəkən şirkət tərəfindən (aidiyyəti olmasa da ) cəkilmişdir. Yəqin ki, bu şirkətin keyfiyyətli işinin göstəricisidir. 

Biləsuvar şəhərində bu müddətdə digər ərazilərdə piyada keçidlərində dəfələrlə çəkilən zolaqların isə keyfiyyətsiz hala düşməsi istifadə olunan boyaların keyfiyyətsizliyinin sübutudur. Ən sonda məktəblərə yaxın ərazilərdə piyada keçidlərində zolaqları çəkilsə də, əsar-əlamət yoxdur.

“Bilesuvarinfo”

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan