» » Biləsuvarda Gənclər Təşkilatları Milli Şurasının maarifləndirmə layihəsi.


Biləsuvarda Gənclər Təşkilatları Milli Şurasının maarifləndirmə layihəsi.


bilesuvarinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Gənlər Fondunun maliyyə dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurasının Gənclər Təşkilatları ilə icra etdiyi İctimai Maarifləndirmə layihəsi Biləsuvarda da uğurla icra olunur.
Belə ki, Biləsuvar Yeniyetmə və Gənclərin ictimai birliyinin iki könüllüsü 2 həftə ərzində COVİD-19 pandemiyası ilə bağlı İctimai Maarifləndirməni həyata keçirmişdir. Gənclər rayon ərazisində gəzərək insanları virusa qarşı mübarizədə maarifləndirməklə yanaşı, onlara müxtəlif məlumatverici bukletlər və maskalar paylayıb. Eyni zamanda vaksinasiya ilə bağlı ətraflı məlumatlar verilib.

       Sahil Hüseynzadə
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR