» » Hindtoyuğu festivalı ilk dəfə Biləsuvarda keçirildi


Hindtoyuğu festivalı ilk dəfə Biləsuvarda keçirildi

 Biləsuvar rayonunda Hindtoyuğu festivalı keçirilib.
"Bilesuvarinfo" xəbər verir ki,  "Azər Home Chef"  şirkətinin, "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı və Biləsuvar rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festival rayonun Mərkəzi Parkında təşkil edilmişdir.

 Tədbirdə rayon  rəhbərliyi və  sakinləri, qonaqlar və respublikanın ən məşhur  aşpazları iştirak etmişdir.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tədbir iştirakçılarını  salamlayaraq qeyd etdi ki, festivalın keçirilməsi rayonda turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşıyır. Həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir,  milli mətbəxini dünyaya tanıtmaqdır.

 Festivalda hind quşundan hazırlanmış müxtəlif çeşidli  təamlar nümayiş olunub. Kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilmiş, rəsm sərgisi və peşə təmayüllü şagirdlərin əl işlərindən ibarət sərgilər  hazırlanmışdır.

Sonda ən yaxşı dadlı təamları hazırlayan biləsuvarlı aşbazlar hədiyyələrlə mükafatlandırılmışdır. Respublikanın və rayonumuzun tanınmış müsiqiçiləri tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olundu.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan