» » Rusiyadan evinə qayıdarkən qəzada dünyasın dəyişdi


Rusiyadan evinə qayıdarkən qəzada dünyasın dəyişdi

​​​​Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

" Bilesuvarinfo" xəbər verir ki, hadisə ötən axşam rayonun Xırmandalı kəndi ərazisində  baş verib. Bakıdan gəldiyi avtomobildən yolayrıcında  düşüb yolu keçmək  istəyən  rayonun Nəsimikənd sakini, 1975 - cil təvəllüdlü Bağışov Rafət Abdin oğlunu maşın vurub.

Hadisı yerinə gələn  təcili tibbi yardım maşını yaralını Biləsuvar Rayonu Mərkəzi Xəstəxanasına çatdlırsa da, xəsarətləri ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyib.
Qeyd edək 5 ay bundan öncə Rusiya Federassiyasına işləməyə gedən R.Bağışov bu gün ailəsinin yanına qayıdırmış.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan