- 22 noyabr, 21:12
- 739 dəfə oxunub
- 0
Amankənd sakini Laçında minaya düşüb
"Bilesuvarinfo" xəbər verir ki, hadisə bu gün Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.
Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.
O, yüksək gərginlikli hava xəttinin çəkilişi üçün bura Biləsuvar Elektirik Şəbəkəsindən ezam olunub.
M.Əbilovun sağ ayağı ambutasiya olunub.
Allah şəfasın versin!