» Avtomobil qəzasında yaralananlar Yuxarı Cürəli kəndindəndir


Avtomobil qəzasında yaralananlar Yuxarı Cürəli kəndindəndir


 Biləsuvarda avtomobil qəzası baş verib.
“Bilesuvarinfo” xəbər verir ki, hadisə köhnə Bakı-Astara yolunun bu rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, Vaz 2107” markalı minik avtomobili qarşıda hərəkətdə olan, Yardımlı rayonun sakini Elsevər Əsgərovun idarə etdiyi “Shacman” markalı yük avtomobilinə çırpılıb.
 
Qəza nəticəsində minik avtomobilinin sürücü və  sərnişinləri, həmin rayonun Yuxarı Cürəli kəndinin sakinləri – Adıyev Alxaz Aslan oğlu (1986),  Əhmədov Elmir Nəriman oğlu ( 1985 ) və Hüseynov Ramiz Səftər oğlu ( 1974 )   müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
 
 Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılar həkimlər tərəfindən müayinə olunub,  vəziyətləri qənaətbəxş qiymətləndirilir.  
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan