» » Vətən müharibəsi şəhidi İqbal Astanlının xatirəsinə turnir keçirilib


Vətən müharibəsi şəhidi İqbal Astanlının xatirəsinə turnir keçirilib


Vətən müharibəsi şəhidi İqbal Astanlının xatirəsinə həsr olunan “Sərbəst güləş üzrə 1-ci Respublika turnir"i keçirilmişdir.

“Bilesuvarinfo” xəbər verir ki,  Biləsuvar rayon Olimpiya kompleksində keçirilən turnirdi ölkə üzrə 10 komandadan kiçik yaşlı yeniyetmələr (2007-2009) üzrə 100 nəfər güləşci iştirak etmişdir.
Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin, Biləsuvar  Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə   idman yarışı baş tutub.

Turnir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla anılmışdır. Biləsuvar Açılış mərasimində rayon İcra Hakimiyyətinin Başcısı Faiq Qürbətov çıxışında qeyd etmişdir ki, şəhidlərimzin xatirəsi hər zaman bizim üçün əzizdir. Onlar şirin canlarını qurban verməklə əbədiyaşarlıqları sayəsində torpaqlarımızın işğalına son qoydular.

Turnirdə  güləş üzrə beynəlxalq dərəcəli hakim, əməkdar məşqci  Tural Əliyev baş hakim olmuşdur. Yeniyetmə idmançıların gərgin mübarizəsi ilə baş tutan turnirdə komanda hesabına görə  Cəlilabad komandası birinci, Biləsuvar ikinci, Sumqayıt komandası isə üçüncü yerə sahib çıxıb.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi İqbal İlqar oğlu Astanlı kiçik yaşlarından idmanla məşğul olub, Respublikada keçirilən idman yarışlarında güləş üzrə dəfələrlə çempion olub, müxtəlif medallarla təltif olunub. Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd olub. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR