» » Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ...


Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ...


Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin təlimlər mərhələsi yekunlaşıb.

"Bilesuvarinfo" xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" çərçivəsində qalib olmuş Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbinin informatika müəllimi Rəfiqə Hüseynovanın "Rəqəmsal Liderlər" Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin təlimlər olan mərhələsi başa çatıb. 

Layihədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası layihənin icra olunmasında əməkdaşlıq edir.

Xatırladaq ki, layihənin məqsədi distant təhsilin təşkili üçün müəllimlərə əlavə texnoloji alətlərin - “Google for Education” platformasını necə istifadə edəcəklərini öyrətməkdir.

Tural NƏSİR



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan