» » » Ad günündə Şuşada şəhid olan Nicat Qasımzadə


Ad günündə Şuşada şəhid olan Nicat Qasımzadə

Vətən Müharibəsinin  Şuşa fatehlərindən biri olan  Nicat Qasımzadə anadan olduğu gündə həm də şəhadətə yüksəlib.

“ Bilesuvarinfo” xəbər verir ki, şəhidin doğum günündə sakini olduğu rayon içtimaiyyətinin nümayəndələri və döyüş yoldaşları onun ailə üzləri ilə görüşüblər. 

Ziyarətə gələnlər şəhidin abidə komleksinin və bulağın açılışından sonra kənd qəbiristanlığında məzarını ziyarət etmişlər. Eyni səngərdə döyüşən silahdaşları şəhidimizin qəhrəmanlığından, şəxsi şücayətindən ürək yanğısı ilə söhbət açıb.

Böyüdüyü ailədə iki bacının yeganə qardaşı olan Nicatın ad gününə hazırlanan tortu, onunla eyni gündə doğulan əkiz bacısı kəsmişdir. 

 Qeyd edək ki, Qasimzadə Nicat Höccət oğlu 10 noyabr 2000-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Həmin kənd məktəbini bitirdikdən sonra kollecə qəbul olub. Ancaq kollecdə oxumayıb, rəssamlıq bacarığı olduğundan, arzusu əsgərliyini bitirib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmaq idi.
 
2019-cu il yanvarında hərbi xidmətə yollanan Nicat, xidmətini çəbhə bölgəsindəki hərbi hissələrdə nümunəvi əsgər kimi xidmət göstərib. Kiçik çavuş rütbəli N. Qasımzadə ordudan təxris olunduqdan 3 ay sonra başlayan Vətən müharibəsində yenidən silaha sarılıb.

Gənc Şuşa fatehi Nicat Qasımzadə Vətən müharibəsində  Füzuli, Cəbrayıl və Şuşa uğrunda geden döyüşlərdə iştirak edib.  Noyabrın 9-dan 10-na keçən gecə müharibənin bitməsinə saatlar, bəlkə də saniyələr qalmış, anadan olduğu gün Şuşada ürəyindən aldığı qəlpə yarası ilə şəhid olub.

 Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Nicat Qasımzadə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə"  və "Cəsur döyüşçü" medalları medalı ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR