Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olunub » Yerli İnformasiya Agentliyi
» » Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olunub

Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olunub

Milli Qəhrəman  Mübariz İbrahimovun anım günü ilə əlaqədar olaraq Biləsuvar rayonunda anım mərasimi keçirilib.

“ Bilesuvarinfo” xəbər verir ki,  rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov və rayon iştimaiyyətinin nümayəndələri Milli Qəhrəmanın  rayonun Əliabad kəndində olan ata ocağını  ziyarət edərək ailəsi ilə görüşüb. 

Milli Qəhrəmanın Ev Muzeyi ziyarət olunub. Görüş  zamanı qonaqlar Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və göstərdiyi şücaətdən danışaraq qeyd edib ki, onun qəhrəmanlığı torpaqlarımızın azadlığı mübarizəsinə qalxan gənc nəsilə nümunə olmuşdur. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Milli Qəhrəmanın atası Ağakərim  İbrahimov  onların ailəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.

Qeyd edək ki, Mübariz İbrahimov  18 iyun 2010-cu il tarixində  cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Onun adının əbədiləşdirlməsi məqsədilə rayonda küçə və lisey adına verilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
torpaq