» » "Wentto ” şirkəti şəhid ailələri ilə görüşdü


"Wentto ” şirkəti şəhid ailələri ilə görüşdü


"Wentto” şirkətinin kollektivi Biləsuvar rayonunda olaraq bir qrup şəhid ailəsi və qazilərlə görüşmüşdür. 
“Bilesuvarinfo” xəbər verir ki, görüşdə  Müdafiə Nazirliyinin, Biləsuvar rayon İcra hakimiyyətinin və 14 saylı Ərazi Məşğulluq filialının  nümayəndələri də iştirak etmişdir.

Ziyarət iştirakçıları şəhid ailələri və qazilərlə görüşdə hər zaman onların yanında olduqlarını bildirmişlər.

 "Wentto” şikətinin rəhbəri Elməddin İmanov görşlərdə qeyd etmişdir ki, Vətən müharibəsində şəhid və qazi olmuş hərbi qulluqçularımızın ailələrinə hər kəsin imkanları xaricində maddi və manəvi dəstək olması şərəfli vətəndaşlıq borcudur: “Dövlətimizin və cəmiyyətimizin diqqət və qayğısının daim göstərilməsi  adına “Wentto” ailəsi tərəfindən "Zəfər” layihəsi"ni həyata keçirilməsi planlaşdırılmışdır. Biz bu nəcib aksiyanı davam etdirib, rayonun digər şəhid ailələri və qazilərlə də görüşəcəyik. ”

Qeyd edək ki, sözügedən şirkət artıq 11 ildir ölkədə fəaliyyət göstərir.  8 Noyabr - Zəfər Günü şərəfinə Biləsuvar rayonunda "Yaşadaq, dəstək olaq!" şüarı ilə hazırlanmış layihə çərçivəsində 50 şəhid və qazi ailələrinin sosial təminatında öz dəstəyini göstərərək, hər bir ailəyə televizor hədiyyə etmişdir.

VIDEO
 


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan