» » Biləsuvar Uşaq - Gənclər İdman-Şahmat məktəbinin kollektivi Vətən Müharibəsi Qəhrəmanın ailəsi ilə görüşdü


Biləsuvar Uşaq - Gənclər İdman-Şahmat məktəbinin kollektivi Vətən Müharibəsi Qəhrəmanın ailəsi ilə görüşdü

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidentininin tapşırığı,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq  qərarı ilə 37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verilmişdir.

“Bilesuvarinfo” xəbər verir ki, həmin qərara əsasən, Biləsuvar uşaq- gənclər idman-şahmat  Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Cavid Hilal oğlu Mahmudovun adını daşıyır.

Məktəbə Qəhrəmanın adının verilməsi məktəbin məşqçi - müəllimləri və idmançıları tərəfindən dərin sevinc və fərəh hissi ilə qarşılanmışdır. Məktəbin məşqçi - müəllim heyəti bu münasibətlə, şəhid qəhrəmnın anadan olduğu rayonun Aşağı Cürəli kəndində olaraq, Cavid Mahmudovun ailə üzvləri ilə görüşmüşdür.  Cavid kimi qəhrəman oğul böyütdüklərinə görə ailə başçısı Hilal Mahmudova minnətdarlıqlarını bildirmişlər. Cavid kimi qəhrəman Vətən oğulları ilə fəxr etdiklərini, bütün şəhidlərin ruhu qarşısında ehtiramla baş əydiklərini bildirmişlər.

Məktəb kollektivi həmçinin Qəhrəmanın kənd qəbristanlığında olan məzarını və adına tikilmiş bulağı da ziyarət etmiş, çiçəklər qoymuşlar.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan