» Biləsuvarda 3 məktəb Vətən Müharibəsi qəhrəmanlarının adına verilib


Biləsuvarda 3 məktəb Vətən Müharibəsi qəhrəmanlarının adına verilib

Baş nazirin bu gün imzaladığı müvafiq qərarla  Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.
 
" Bilesuvarinfo" xəbər verir ki, qərara əsasən, Biləsuvar rayonunda Vətən Müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi məqsədilə, rayonun üç məktəbi şəhidlərin adına verilib.
 
Belə ki, bundan sonra  Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbi Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı Orxan Nadir oğlu Əkbərovun adını daşıyacaq.  Rayonun Uşaq - Gənclər İdman-Şahmat məktəbi Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” Cavid Hilal oğlu Mahmudovun adına verilib.

Biləsuvar rayonunun ən böyük kəndi - Xırmandalıda olan Uşaq İncəsənət Məktəbi isə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı Nihad Akif oğlu Babayevin adına verilibdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan