» » Kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub


Kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub


Biləsuvar rayonunda kənd təsərrüfatı işçilərinin peşə bayramı günü qeyd olunub.

“Bilesuvarinfo” xəbər verir ki, ilk olaraq Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Biləsuvar DAİM-nin əməkdaşları və rayonun kənd təsərrüfatı işçiləri Heydər Əliyev parkına gələrək Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Biləsuvar  Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində təşkil olunmuş kənd təsərrüfatı sərgisi ilə davam etdirilmşdir. Sərgidə yerli istehsalın bölgə üçün xarakterik müxtəlif məhsuldar sortları, eləcə də aqrar sahənin intensiv inkişafı üçün zəruri olan bir çox innovativ texnikalar nümayiş etdirilib.
 
Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək zəhmətkeşləri peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar diləyib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən  kənd  təsərrüfatı sahəsində çalışanlara göstərilən diqqət və  qayğı məhz bu gün də dövlət başçımız cənab İlham  Əliyev tərəfindən davam etdirilir.

Peşə bayramları münasibətilə zəhmət adamlarını təbrik edən Biləsuvar DAİM-in direktoru Nurəddin Quliyev onu da qeyd etmişdir ki, Prezidentin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il 1 noyabr tarixinin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması dövlətin fermerlərə göstərdiyi diqqətin təzahürüdür. Dövlətin  bu sahəyə göstərdiyi qayğıdan ruhlanan biləsuvarlı fermerlər kənd təsərrüfatı  məhsullarının  istehsalında nəzərəçarpacaq uğurlara nail olmuşlar. Artıq ənənə halı almış bu cür yarmarkaların təşkili istehsalçılar arasında sağlam rəqabət mühitinin formalaşdırılmasında böyük önəm daşıyır.
 
Tədbirdə iştirak edən Cəbrayıl DAİM-in   direktoru  Şahin Şirinov isə qeyd etmişdir ki, ölkəmizdə  aqrar sahənin yüksək inkişaf mərhələsinə yüksəlməsi planlı dövlət siyasətinin məntiqi nəticəsidir.  Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz düşməni doğma yurd-yuvalarımızdan qovulduqdan sonra bu ərazilərimizdə də kənd təsərrüfatının inkişafına yönəli lahiyələrin icrasına başlanılıb.

Sonda kənd təsərüffatında  fərqlənən bir qrup kənd təsərrüfatı işçisinə fəxri fərmanlar təqdim olunmuşdur
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan