» » ABŞ ordusunun üçdə biri vaksindən imtina edir


ABŞ ordusunun üçdə biri vaksindən imtina edir


ABŞ ordusunun üçdə biri COVID-19 vaksini vurdurmağı rədd edir.
Busaat.az xəbər verir ki, bunu Ordu Baş Qərargahının Əməliyyat Departamentinin direktor müavini, general Ceff Taliyaferro açıqlayıb.
ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində çıxış edən general vaksinin ordu daxilində könüllülük prinsipi əsasında paylandığını qeyd edib.
Məsələ ilə bağlı açıqlama verən Pentaqon sözçüsü Con Kirbi orduda vaksinə olan münasibətin ABŞ toplumundakı reallığı əks etdirdiyini bildirib. O, vaksindən imtina edənlərin sayını açıqlamasa da, bu günə qədər paylanan vaksin sayının 916 min 500 olduğunu deyib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR